Nəsimi rayonu Azadlıq prospektində yerləşən ticarət mərkəzlərinin birindəki mağazadan içərisində 100 manat, bank kartı və sənədlər olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş S.Balayeva müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.