Avqustun 20-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.