Siyəzəndə çətənə kolu yetişdirən şəxs ələ keçdi - ƏMƏLİYYAT /FOTO

Siyəzəndə əməliyyat yolu ilə 41 ədəd çətənə kolu aşkarlanıb. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun Stopnarkotik.az-a verdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Mizəfər Ramazanovun kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 81 kiloqram olan 41 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Stopnarkotik.az