Gəncədə "BMW" yandırıldı - KEÇMİŞ MƏHKUM TUTULDU

Gəncədə avtomobil qəsdən yandırılıb.

Stopnarkotik.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus “BMW” markalı avtomobili yandırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Rövşən Əliyev saxlanılaraq istintaqa təhvil verilib.