Narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanıldı

Narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən Ağcəbədi rayon sakini Y.Sadıqov saxlanılıb.

Tibbi müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.