17 yaşlı qıza nişan mərasimi keçirən valideynləri polisə çağırıldı

Ağdaşda 17 yaşlı qıza nişan mərasimi keçirilib, valideynləri polisə dəvət olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Araşdırmalar zamanı qızın bu ilin oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib.

Faktla bağlı zəruri tədbirlər icra edilib, aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıb, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.