Amansız və müfuzlu Meksika narkokarteli olan “Xalisko Yeni Nəsil Karteli” (CJNG), yaşlı amerikalılardan yüz milyonlarla dollar oğurlayan böyük fırıldaqçılıq sxemi təşkil edib.
Stopnarkotik.az xəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, federal prokurorlar sxemin beş liderinə qarşı narkotik və silah qaçaqmalşılığı, dövriyyəsi ilə yanaşı ittihamlar irəli sürüblər. Qrup qurbanlara Meksika əmlaklarından mənfəət vəd etsə də, vergi və rüsumlar üçün ilkin ödənişlər tələb edib, sonra isə qurbanlar özlərini vəkil kimi qələmə verən kartel üzvləri tərəfindən təhdidlərə məruz qalıblar.
Çağrı mərkəzləri əməliyyatı 2019-2023-cü illər arasında həyata keçirib və kartel çoxu 6000-dən çox yaşlı amerikalıdan 400 milyon dollardan çox pul qazanıb.
Bir qurban ilkin 179.000 dollarlıq alış-verişdən sonra səkkiz il ərzində yüz minlərlə dollar ödəyib.
Kartel ABŞ-a fentanil idxalını nəzarətdə saxlamaq üçün zorakılıq və hədə-qorxunu işə salır.
Dövlət Departamenti kartel liderləri haqda məlumatlara görə 100 milyon dollara qədər mükafat təklif edir.
Stopnarkotik.az