Binəqədidə oğurluq edən keçmiş məhkum saxlanıldı - ÜZƏRİNDƏ NARKOTİK AŞKARLANDI

Binəqədi rayonu Çiçək qəsəbəsi ərazisində “Hyundai” markalı yük avtomobilindən 1800 manat dəyərində yükləyici qurğunun radiatorunun oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Gülməmmədov və əvvəllər dəfələrlə məhkum olunmuş O.Abuşov müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla O.Abuşov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib, həmçinin şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar olunaraq götürlüb.

Faktla bağlı araşdırma aparılır.