Qaradağda keçmiş məhbus saxlanıldı - OĞURLUQDA İTTİHAM OLUNUR

Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən ticarət obyektlərinin birindən 1610 manat dəyərində 2 ədəd akkumulyator, qaynaq aparatı və digər ləvazimatların oğurlanması barədə polisə məlumat daxil olub. 

Stopnarkotik.az xəbər verir ki, Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Quliyev, A.Nəzərov və əvvəllər məhkum olunmuş T.Məhərrəmov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.