Bakıda marketlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, avqustun 14-də Xətai rayonu ərazisində yerləşən 2 marketdən ümumilikdə 770 manat dəyərində tütün məmulatı, həmçinin 1050 manat dəyərində spirtli içkinin oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar E.Əzizov və E.Mirzəyev müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.