QOBUDA NARKOTİK ƏMƏLİYYATI - Qəsəbə sakini saxlanıldı, 2 kq heroin ələ keçdi

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyat keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, 1980-cı il təvəllüdlü Sergey Koçetkovun Qobu qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi məlum olub. 

Bu səxs saxlanılan zaman ondan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Bu barədə DİN-in məlumatında deyilir. 

S.Koçetkov ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.