Narkotik çəkib avtomobil idarə edən sürücü saxlanıldı - FOTO

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “LADA” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, sürücü A. Süleymanov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub.

Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.