Türkiyənin bütün əyalətlərində “Çember-22” əməliyyatı keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, 81 əyalətdə beş gün ərzində keçirilən əməliyyatda məhkəmənin qərarı ilə haqlarında axtarış qərarı olan ümumilikdə 3126 şəxs saxlanılıb. Onlardan 12-si on ildən artıqdır axtarışda idi. Saxlanılanlardan əksəriyyəti, 561 nəfər narkotik maddədən istifadə etdiyinə və satdığına görə saxlanılıb.
A.Yerlikaya əməliyyatların davam edəcəyini söyləyib.