Qusarda narkotikin təsiri altında maşın sürən 9 nəfər saxlanıldı

Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkar olunub.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 9 sürücü saxlanılıb.

Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 12 avtomobil sahibi də saxlanılıb ki, onlardan birinin sürücülük hüququ olmayıb.

Faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.