Külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilən Famil Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Müdafiəçilər F. Xəlilovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.
Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin olunmaması ilə bağlı qərar çıxarıb.
Proses sentyabrın 5-də davam etdiriləcək.
Qeyd edək ki, F. Xəlilov mayın 4-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.