Salyanda 44 yaşlı kişini bıçaqlayan keçmiş məhkum saxlanıldı - YENİLƏNİB

Salyanda 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Salyan rayon sakini Y.Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən rayon sakini, əvvəllər məhkum olunmuş S.Babayev saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalar davam etdirilir.

***08:59

Salyanda 44 yaşlı kişi bıçaqlanıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhərin B.Talıblı küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1980-ci il təvəllüdlü Əsgərov Yusif Adil oğlu kəsilmiş-deşilmiş bıçaq yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.