DƏFƏLƏRLƏ MƏHKUM OLUNUB, YENİDƏN ƏLƏ KEÇDİ - Bu dəfə oğurluq üstündə...

Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən satıcının mobil telefonunun və pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Salmanov müəyyən edilərək saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.