Bakıda avtomobildən oğurluq edən keçmiş məhkum tutuldu

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nəsimi rayonunda paytaxt sakininə məxsus avtomobildən içərisində 900 manat və 2 bank kartı olan çanta oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş Rəşad İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.