Şimal qonşumuza kokain tədarükü 10 dəfə artıb – MÜHARİBƏ NARKOTİK MARŞRUTUNUN YÖNÜNÜ DƏYİŞİB...

Rusiyada ələ keçirilən kokainin miqdarı son iki ildə təxminən 10 dəfə artıb. Ən populyar daşıma üsulu hələ də tərəvəz və meyvə konteynerləridir. Xüsusilə, banan qutularının içində. Belə ki, bananlar müəyyən bir temperaturda hermetik şəkildə bağlanmış qablara yaşıl olarkən yüklənir. Əgər qablaşdırma yoxlama üçün açılırsa, bananlar göndərildiyi yerə çatana qədər yetişir və xarab olur. Göndərən bunun üçün kompensasiya ödəməli olur.

Eyni şey kokainin vətənində - Latın Amerikası və Karib hövzəsi ölkələrində böyüyən digər tez xarab olan meyvələrə və ya giləmeyvələrə də aiddir. Narkotiklər avokado yükləri ilə də oxşar şəkildə çatdırılır, lakin bu, daha çox Avropaya göndərilir. Rusiyaya isə narkotikləri əsasən banan qutularında çatdırılmasına cəhdlər olunur.

Hazırda Rusiyada rekord həddə kokain var və bu, nəinki qaranlıq şəbəkədə, hətta küçələrdə də satılır. Çünki yeni və ucuz narkotiklər bazarda boldur. Narkobazarda ucuz malın artımı kokainə tələbi azaldır, ancaq “çoxdan qalmış” kokainin də satılması lazımdır.

**

Araşdırmalafra görə, hazırda Rusiyada 300-ə yaxın şəbəkə narkotik satır. Narkotik bazarı daha çox dəniz limanları olan regionlarda və vətəndaşların yüksək gəliri olan şəhərlərdədir - Sankt-Peterburqda, Yekaterinburqda, Moskva vilayətində, Rostov və Murmansk bölgələrində, Krasnodar bölgəsində.

Bu araşdırma dərc edildiyi vaxt - 20 yanvar tarixində “Darknet”də kokainin satışı ilə bağlı 1150-yə yaxın elan qeydə alınıb. Bu, iki il əvvəl “Darknet”də satılan narkotikin orta səvviyyəsindən iki dəfə çoxdur. Bundan əvvəl narkotik əsasən “Hydra” platforması tərəfindən satılırdı. 2022-ci ildə bu sayt bağlandıqdan (daha doğrusu, sahibləri dəyişdikdən) sonra, təxminən bir il ərzində narkotik satışı bazarının yenidən bölüşdürülməsi baş verdi.

Hazırda saytlarda iri topdansatış partiyalarının satışı təklifləri getdikcə daha çox yayılır. Bu məntiqlidir, çünki kokain kifayət qədər bahalı narkotikdir, bu məhsul çox vaxt etibarlı şəxslər vasitəsilə kiçik hissələrdə istehlak edilir, yaxud yenidən satış və başqa yeni narkotikin istehsalı üçün böyük miqdarda alınır.

Prinsipcə, Rusiyada qiymətlər Avropa rəqəmlərindən çox da fərqlənmir - orada da kokainin qiymətinin və həcmininn artması və çoxlu sayda yeni maddələr haqqında danışırlar.

**

Maraqlıdır ki, Rusiyada kokain istifadəçilərinin sayı artmayıb. Müqayisə üçün deyək ki, mefedron istifadəçiləri beş dəfə çoxdur, lakin mefedronun qramı 10-14 minə başa gəlir. Bununla belə, kokain hələ də "elitar" bir “dərman” hesab olunur və onu əsasən “qızıl gənclər”in nümayəndələri alır. Digərləri sadəcə olaraq bunu ala bilmirlər və ucuz narkotikə dadanırlar. Amma kokaini ala bilməyənlər narkotik alverçisinə çevrilə bilirlər, onların sayı durmadan artır.

Bəs, Rusiyaya kokain tədarükü niyə bu qədər kəskin artıb?

Ekspertlər hesab edir ki, bu, Karib dənizi və Qərbi Afrikadan Avropaya tədarük marşrutlarının dəyişməsi ilə bağlı ola bilər.  Transmilli Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin hesabatına görə, Ukrayna-Rusiya müharibəsi başlamamışdan əvvəl narkotikin mühüm tranzit məntəqələrindən biri Odessa limanı idi, lakin hazırda bu liman bloklanıb. İndi əlternativ - Balkan marşrutunun inkişafı ola bilər. Balkan marşrutu çoxdan Odessanın tədarükünün bir hissəsini öz üzərinə götürüb və müstəqil marşruta çevrilib. Ənənəvi olaraq, Sankt-Peterburq narkobazarın mərkəzlərindən biridir, lakin oraya mallar çox vaxt cənubdan deyil, Pribaltikadan gəlir.

Hesabat müəllifləri Federal Gömrük Xidmətinə istinadən yazır ki, Rusiya narkotik mafiyası tərəfindən tranzit ölkələrdən biri hesab olunur. FSB, Daxili İşlər Nazirliyi və Federal Gömrük Xidmətinin məlumatına görə, narkodilerlər 2023 və 2024-cü illərdə ələ keçirilən kokainin böyük hissəsini Aİ ölkələrinə satış üçün çatdırmağı planlaşdırıblar.

**

Məruzədə Rusiya həm də narkotik qaçaqmalçılığı üçün coğrafi cəhətdən əlverişli yer adlandırılıb və tədarükün artması Cənubi Amerika və Avropa kriminal qruplaşmalarının Avropaya ənənəvi təchizat marşrutlarını dəyişmək istəməsi ilə bağlıdır.

Böyük miqdarda ixrac cəhdlərinin əksəriyyəti hələ də Rusiyanın Şimal-Qərb bölgəsindəki dəniz limanları vasitəsilə həyata keçirilir. Bu zaman beynəlxalq konteyner daşıma kanalından istifadə edilir.

Alban, Baltikyanı, Hollandiya və Polşa narkotik qruplaşmaları narkotiklərin avropalı istehlakçılara satışına cavabdehdirlər. Milliyyət və kontinental əlamətinə görə narkoticarət qruplarının diapazonu daha genişdir – Aİ-nin hər bir ölkəsinin öz tarixçəsi var.

Üstəlik, Avropanın reallıqlarını, onun iştirakçılarının müxtəlif tərkibini nəzərə alsaq, burada əsasən albanlardan tutmuş bolqarlar və serblərin “işlədiyi” “Balkan qrupu”nun aktivliyini də diqqətdən qaçırmaq olmaz.

Stopnarkotik.az