NATO Rusiyanın hücumuna belə hazırlaşır: 18 ölkədən 100-ə yaxın döyüş təyyarəsi startda

Şimali Atlantika Alyansının Birgə Hava Komandanlığına aid 100-ə yaxın döyüş təyyarəsi Niderland Krallığında döyüş təlimlərini davam etdirir.

Bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.

“Təlimlər zamanı Şimali Atlantika Alyansı ölkələri bütün Avropaya səpələnmiş qüvvələrdən istifadə etməklə öz hava qüvvələrinin koordinasiyalı və effektiv fəaliyyət göstərməsini təmin etmək niyyətindədirlər”, - nəşrin müəllifləri qeyd ediblər.

NATO-ya üzvü olan 18 ölkənin iştirakı ilə keçirilən döyüş təlimləri martın 31-dən start götürüb. Təlimlər Rusiyanın alyansa mümkün "hücum” ssenarisinə qarşı təşkil olunub.

Qeyd olunur ki Hərbi Hava Qüvvələrinin taktiki uyğunluğunu tətbiq etmək üçün NATO rəsmiləri blokun əsas qırıcılarından - Amerikanın F-35 və F-18 Hornet təyyarələrindən, həmçinin Avropa İttifaqında istehsal olunan "Eurofighter Typhoon"dan istifadə ediblər. Alyansın pilotları artıq hava qarşıdurması, eləcə də Rusiya hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi ssenarilərini həyata keçiriblər.

Bir sıra ekspertlər hesab edir ki, NATO üzvləri yaxın gələcəkdə Rusiya ilə müharibəyə başlamaq barədə ciddi düşünürlər./publika.az