Ötən gecə saat 23:00 radələrində Xətai rayonu ərazisində yerləşən bir mənzildə bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az-ın məlumatına görə, 1987-ci il təvəllüdlü Eldar İbrahimov tanışı, 1990-cı il təvəllüdlü Babazadə Saməddin Samid oğlu üzərinə bıçaqla hücum edərək, onun sağlamlığına qəsdən ağır zərər yetirib.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.
Şübhəli şəxs Eldar İbrahimov polis tərəfindən tutulub.