Qətərdə fövqəladə vəziyyət elan edildi

Qətər hökuməti ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Bu barədə İranın "IRIB News" agentliyi öz "Telegram" kanalında paylaşım edib.

"Biz fövqəladə vəziyyət elan etdik və qaz hasilatını dayandırırıq" - deyə, hökumətin açıqlamasında bildirilib.

Daha əvvəl Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari bildirmişdi ki, İranın ABŞ-ni hərbi əməliyyatlara son qoymağa və Tehranla danışıqlara qayıtmağa məcbur etmək ümidi ilə Körfəz ölkələrinə təzyiq göstərmək cəhdləri uğursuz olacaq.