Müctəba Xamenei İranın ali lideri seçildi

Ekspertlər Assambleyası və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) birgə qərarla Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali lideri seçib. 

Bu barədə “Iran International” televiziya kanalı məlumat yayıb.

“Deutsche Welle” nəşrinin yazdığına görə isə Müctəba Xameneinin seçilməsi qərarı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi altında verilib.

İran hakimiyyəti yeni ali liderin təyinatı ilə bağlı hələlik rəsmi açıqlama verməyib. 

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisinə aviazərbələr endirməyə başlayıb. Həmin gün ölkənin ali lideri Əli Xamenei Tehrandakı iqamətgahına endirilən zərbə nəticəsində həyatını itirib.