ABŞ narkotikin qarşısını Meksika sərhədində “AN/TPQ-53” və “AN/MPQ-64 Sentinel” radarları ilə kəsəcək

ABŞ hərbçiləri Arizona ştatında Meksika ilə sərhəddə “AN/TPQ-53” və “AN/MPQ-64 Sentinel” radarlarını yerləşdiriblər. Bu radar sistemləri Amerikanın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunur. Bu radarlardan Ukraynaya da tədarük edilib və Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunur.

Stopnarkotik.az xəbər verir ki, ABŞ-ın sərhəddə radarların yerləşdirilməsi PUA-lardan istifadənin miqyasını və həcmini genişləndirən Meksika narkokartellərinin fəaliyyəti ilə bağlıdır.

Narkokartellər əvvəlcə dronları sərhəddən qaçaqmal keçirmək üçün istifadə edirdilər. Lakin indi narkotik kartelləri dronlardan həm rəqib dəstələrə, həm də hökumətin təhlükəsizlik qüvvələrinə nəzarət və hücumlar üçün müntəzəm olaraq istifadə edirlər. Meksika sərhədində radarları yerləşdirən ABŞ-ın məqsədi narkotik qaçaqmalçılarını izləmək, ötürülən narkotik partiyalarını ələ keçirmək, sərhəd əməkdaşlarına hücumların qarşısını almaqdır.  

Stopnarkotik.az