Qətl və narkotik laboratoriyası təşkil etməkdə təqsirli bilinən tibb tələbəsi həbsxananın mühafizəçisinə rüşvət verdiyinə görə əlavə cəza alıb. Hadisə Qazaxıstanda baş verib.
Stopnarkotik.az bu barədə “Diapazon”a istinadla xəbər verir. Belə ki, Qazaxıstanın Aktobe şəhərində əvvəllər narkotik laboratoriyasının təşkilinə və qətlə görə 19 il həbs cəzası alan tibb tələbəsi bu dəfə istintaq təcridxanasının əməkdaşına rüşvət vermək cəhdinə görə yenidən məhkəmə qarşısına çıxıb.
Atırau yetirməsi olan stomatoloq Meyrabek Suyunqarin öncə 2024-cü ilin dekabrında yeraltı mefedronun istehsalını təşkil etməkdə və qətldə iştirakda təqsirli bilinib. Lakin istintaq müəyyən edib ki, hələ hökm çıxarılmazdan əvvəl o, istintaq təcridxanasının mühafizəçisinə mobil telefon gətirmək üçün 70 min təngə təklif edib.
İttiham tərəfinin dediyinə görə, məhkum dəfələrlə həbsxana işçisinə müraciət edib. O, əvvəlcə bundan imtina edib rəhbərlərinə məlumat versə də, sonradan özünü razılığa gəlmiş kimi göstərib. Daha sonra Suyunqarin kamera yoldaşından qardaşı ilə əlaqə saxlamasını xahiş edib ki, o, mobil telefon alıb pulla birlikdə mühafizəçiyə təhvil versin. Plan müəyyən olunub və əlavə cinayət təhqiqatı üçün yeni səbəb olub.
Stopnarkotik.az