“Don Neto” ləqəbli narkobaron 94 yaşında azadlığa buraxıldı

ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agentini qətlə yetirdiyinə görə 1985-ci ildə həbs olunmuş meksikalı “Don Neto” ləqəbli narkobaron Fonseka Karillo azadlığa buraxılıb.

Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Quadalaxara narkokartelinin yaradıcılarından olan Fonsekanın hal-hazırda 94 yaşı var.

O, Enriki Kiki Kamarenanı oğurlamaqda, ona işğəncələr verməkdə və qətlə yetirməkdə təqsirli bilinərək 40 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2016-cı ildə isə ev dustaqlığına buraxılmışdı.