"Ya danışıq aparacaqlar, ya da bədəlini ödəyəcəklər" - TRAMP İRANI HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İranı hədələyib.

Bu barədə Ağ Evin sözçüsü Karolin Leavitt məlumat verib.

"Prezident Donald Tramp İrana çox açıq şəkildə deyib ki, onlar seçim etməlidirlər. Ya danışıq aparacaqlar, ya da bədələini ödəyəcəklər ", - Leavitt açıqlamasında bildirib.

O, Donald Trampın açıqladığı kimi, Tehranla birbaşa danışıqların aprelin 12-də aparılacağını və görüşdən əvvəl bu məsələ ilə bağlı təfərrüatlara varmaq istəmədiyini bildirib.

Leavitt Trampın İrana qarşı bəzi sanksiyalar tətbiq etdiyini, eyni zamanda danışıqlar yolu ilə razılaşmaya açıq olduqlarını və birbaşa danışıqların gedişatına uyğun hərəkət edəcəklərini bildirib.