Bakıda oğurluq edən şəxslər saxlanıldı

Bakıının Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində bir nəfərə məxsus 350 manat dəyərində velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayom Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı İ.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Həmçinin, rayon ərazisində yerləşən marketlərin birindən paytaxt sakininə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 32 yaşlı A.Müslümovanın saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.