Narkokartel strukturunun ən inkişaf etmiş olduğu ölkələrin içində yəqin ki, Meksika ilk yerdədir. Burada narkokartelər demək olar ki, hərtərəfli təchizatla təmin olunmuş dövlət qurumunu xatırladır. Belə təchizatlı kartellərdən biri də "El Abuelo" ləqəbli Xuan Xose Farias Alvaresin lideri olduğu “Tepalkatepek” kartelidir.
Stopnarkotik.az xəbər verir ki, Farias Alvares və ailəsi regionun ən böyük narkotik tacirlərindən biri hesab olunur. O, tərəfdaşları ilə birgə Cənubi Amerikadan Miçokan sahillərinə qədər ayda 3-4 ton kokainin tədarükünə nəzarət edir.
El Abuelo illərdir Tepalkatepek ərazisində metamfetamin və fentanil istehsalını qurmaqla, narkotik laboratoriyalarını qanuni "pendir fabrikləri" kimi maskalaya bilib. Narkotiklərin bəziləri Meksika daxilində satılır, digərləri isə ABŞ-a, ilk növbədə Texas və Çikaqoya göndərilir.
Narkobaronun qardaşı Salvador Farias partlayıcı maddələrin və dronlar üçün lazım olan bombalarının ticarətinə cavabdehdir. Onun müştəriləri arasında Miçokandakı yerli qruplar, həmçinin Guerrerodan olan “La Familia Michoacana” karteli var. Fariasa partlayıcı qurğuların istehsalında kolumbiyalı mütəxəssislər, o cümlədən Farias ailəsinin sıx əlaqələri olan keçmiş FARC partizanları kömək edir.
El Abuelonun əsas dəstəyi təhlükəsizlik qurumlarının daxilindəki əlaqələrdir. Narkobaronun himayədarları arasında Miçokandakı ordu hissələrinin komandiri general Enrike Kovarrubias da var. Kartel bu hərbi dəstək sayəsində CJNG kartelindən gələn hücumlarını dəf edə bilir.
Bundan əlavə, onun nəzarəti altında olan ərazidə El Abuloya sadiq qanuni silahlı birləşmələr - "rayon polisi" var.
Narkobaron El Abulo həmçinin Miçokan sahillərindəki yalançı özünümüdafiə qrupları, həmçinin “Los Reyes” və “Tamplierlər” kartelləri ilə əməkdaşlıq edir.
Qeyd edək ki, bu kartellər ümumilikdə Meksikada siyasi hakimiyyətə də təsir imkanına malik olduğundan, bu gün asanlıqla “ağ ölümü” dünyaya yayırlar.
Stopnarkotik.az