Hollandiya Ukrayna üçün 150 milyon avro ayırdı

Hollandiya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün daha 150 milyon avro ayıracaq.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans öz “X” hesabında məlumat verib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski tərəfdaşlarından hava məkanını qorumaq üçün daha çox vəsait istəyib.

"Buna görə də mən hava hücumundan müdafiə üçün (I-Hawk sistemi) daha 150 milyon avro elan edirəm. Biz həmçinin F-16 qırıcılarını və Patriot sisteminin kritik elementini də tədarük edirik. İnsanların həyatını xilas etmək üçün Ukraynanı dəstəkləməyə davam edirik", - o bildirib.