Bakıda atçılıq mərkəzindən oğurluq edən şəxs tutuldu - FOTO

Nərimanov rayonunda atçılıq mərkəzindən oğurluq edilib.

Stopnarkotik.az xəbər verir ki, naməlum şəxs mərkəzdən 500 manat dəyərində yəhər oğurlayıb.

Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı A.Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Onun əməli kameralar vasitəsilə anbaan qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.