Putinlə Trampın xüsusi nümayəndəsinin görüşü 4 saat çəkib - YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb.

Stopnarkotik.az xəbər verir ki, Putin və Uitkoff arasında gedən danışıqlar 4 saatdan çox davam edib.

Nümayəndə heyətləri görüşün keçirildiyi Prezident Kitabxanasının binasından ayrılıblar.

Məlumata görə, danışıqların əsas mövzusu Ukrayna böhranının nizamlanmasının aspektləri olub.

*** 18:54

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşü başlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Qeyd edək ki, görüş Sankt-Peterburqda keçirilir.