Ötən gecə Fransada həbsxanalara kütləvi hücumlar olub. Maraqlıdır ki, bu hücumların kokainlə əlaqəsi olduğu, hücumların arxasında isə narkotik ticarəti edən qrupların durduğu qeyd olunur.
Stopnarkotik.az xəbər verir ki, narkoticarət bandaları ölkə daxilində bir neçə həbsxanaya hücum edərək, avtomat silahlardan atəş açıb, cəzaçəkmə müəssisələrinin personalınını avtomobillərini yandırıb, işçiləri hədələyiblər.
İş orasındadır ki, Fransa hazırda narkotik ticarətinə qarşı mübarizəni gücləndirib və orada əsl “kokain sunami”sindən danışır. Cənubi Amerikadan rekord narkotik yükləri daşıyan dağlar qədər narkotik Fransanı və bütün Avropanı "ağzına götürüb". Hücumlar narkotiklərlə mübarizədə hökumətin daha sərt siyasətinə cavab ola bilər.
Stopnarkotik.az