YANVARDA AZƏRBAYCANDA 141 DƏLƏDUZLUQ FAKTI AŞKAR OLUNUB – Statistika

Azərbaycanda dələduzluq hallarının günbəgün artdığı haqda Stopnarkotik.az saytında dəfələrlə məlumat vermişik. Etibarlı qanyaqlara istinadən onu da qeyt etmişik ki, 2024-cü ilin ilin birinci yarısında bu kimi hallarla əlaqədar həbsxanada cəza çəkən şəxslərin sayı 1000 nəfərdən çox olub. 2024-cü ilin ikinci yarısında isə bu rəqəm xeyli artıb. Hansı ki, bunu hər ay apardığımız araşdırmanın nəticəsi də ortaya qoyur. Yəni ölkədə dələduzluq hallarının artması haqda qənaətimiz heç də əsassız deyil. Əksinə, təkcə son bir neçə ayda saytımızda dərc olunan rəsmi informasiyalara əsasən deyə bilərik ki, bu sahədə SOS siqnalı verməyin zamanıdır. Əks halda, vəziyyət günbəgün daha acınacaqlı duruma gəlib çata bilər.

**

Artıq dəyərli oxucularımıza məlumat verdiyimiz kimi, 2024-cü ilin oktaybr ayından etibarən Stopnarkotik.az olaraq, ölkəmizdə baş verən dələduzluq faktları ilə bağlı rəsmi statistikanı aybay izləməyə və bununla bağlı oxucularımıza məlumat verməkdəyik. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən açıqlanan rəsmi statistikaya istinadən qeyd etmişik ki, ötən ilin oktyabrında Azərbaycanda 148, noyabrda isə bundan 90 fakt çox - 238 dələduzluq faktı,  qeydə alınıb. İlin son ayında – dekabrda isə 217 faktla bağlı açıqlama verilib.

2025-ci ilin yanvar ayında isə bu sahədə mənzərə xeyli dəyişib. Belə ki, DİN-açıqladığı rəsmi məlumatlara əsasən, ötən ay ölkəmizdə cəmi 141 dələduzluq faktı aşkar olunub.

Aşağıdakı linkə daxil olaraq, bu haqda daha ətraflı məlumat ala bilərsiniz:

 

P.S. Bir daha qeyd edək ki, təqdim etdiyimiz göstəricilər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların rəsmi statistik rəqəmlərdən 5-7 dəfə çox olduğunu da nəzərə alsaq, ölkədə dələduzluq hallarının ciddi problemə çevrildiyini deyə bilərik.

Stopnarkotik.az