DƏLƏDUZLUQLA ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, YENƏ TUTULDU - Nəsimidə 2 nəfər saxlanılıb

Nəsimi rayonu ərazisində 3 nəfərin ümumilikdə 23 min manatdan çox pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Stopnarkotik.az xəbər verir ki, keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən - əvvəllər eyni əmələ görə məhkum olunmuş 44 yaşlı T.Yunisov və 42 yaşlı S.Səmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.