Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində “TikTok" və “Instaqram” sosial şəbəkələrində kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadə saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, araşdırmalarla həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17000 manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
T.Ağazadənin əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə "102” Xidməti Zəng Mərkəzinə və polis orqanlarına məlumat verə bilərlər.