Bakıda 23 min manatlıq dələduzluq: İKİ NƏFƏR SAXLANILDI

Bakının Nəsimi rayonu ərazisində üç nəfərin ümumilikdə 23 min manatdan çox pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən - əvvəllər eyni əmələ görə məhkum olunmuş 44 yaşlı T.Yunisov və 42 yaşlı S.Səmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.