Qax sakininə qarşı dələduzluq edilib.
Stopnarkotik.az xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 36 yaşlı İsmayıl Süleymanov saxlanılıb.
O, zərərçəkənin etibarından sui-istifadə edərək həmin şəxsə məxsus 25 baş iribuynuzlu heyvanı ələ keçirib və pulunu ödəyəcəyi ilə bağlı yalan vədlər verib. Bu kimi dələduzluq əməlləri ilə o, vətəndaşa 26 min manat maddi ziyan vurub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.