Bakı sakinindən hədə-qorxu ilə pul tələb edən gənc saxlanıIdı

Paytaxt sakininə hədə-qorxu gələrək onun maddi vəsaitini talamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində yeniyetməyə hədə-qorxu gələrək 240 manatınının ələ keçirilməsi ilə bağlı daxil olan məlumat əsasında ərazi üzrə polis əməkdaşları şübhəli şəxsin kimliyini müəyyən ediblər.  Cinayəti törədən şəxs - 18 yaşlı S.Təhməzov saxlanılıb. 

Araşdırma aparılır.