SABİRABADDA BƏDBƏXT HADİSƏ - Hacıqabul sakinini elektrik cərəyanı vurub öldürdü

Sabirabadda 34 yaşlı kişini elektrik cərəyanı vurub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dadaşbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hacıqaqbul rayonu, Qarasu kənd sakini, 1991-ci il təvəllüdlü Qarayev Rasif Barat oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.