SOS: Azərbaycanda dələduzluq halları “qırmızı xətti” keçib – ŞOK STATİSTİKA

Ölkəmizdə dələduzluq hallarının günbəgün artdığı haqda Stopnarkotik.az saytında dəfələrlə məlumat vermişik. Əlbəttə, bu haqda qənaətimiz heç də əsassız deyil. Bunu hər ay apardığımız araşdırmanın nəticəsi ortaya qoyur. Təkcə son bir neçə ayda saytımızda dərc olunan rəsmi informasiyalara əsasən deyə bilərik ki, bu sahədə SOS siqnalı verməyin zamanıdır. Əks halda, vəziyyət günbəgün daha acınacaqlı duruma gəlib çata bilər.

Artıq dəyərli oxucularımıza da məlumat verdiyimiz kimi, 2024-cü ilin sentyabr ayından etibarən Stopnarkotik.az olaraq, ölkəmizdə baş verən dələduzluq faktları ilə bağlı rəsmi statistikanı aybay izləməyə və bununla bağlı oxucularımıza məlumat verməkdəyik. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən açıqlanan rəsmi statistikaya istinadən qeyd etmişik ki, Azərbaycanda ötən ilin sentyabrında 127, oktyabrda 148, noyabrda bundan 90 fakt çox – 238, ilin son ayında – dekabrda isə 217 dələduzluq faktı qeydə alınıb.

**

2025-ci ilin yanvar ayında isə bu sahədə mənzərə xeyli dəyişib. Belə ki, DİN-in açıqladığı rəsmi məlumatlara əsasən, yanvarda ölkəmizdə cəmi 141 dələduzluq faktı aşkar olunub.

**

Lakin, təəssüflə qeyd etməliyik ki, yanvardan fərqli olaraq fevralda bu sahədə nəinki azalma müşahidə olunub, əksinə, ötən ayla müqayisədə 100 dələduzluq faktı artıb. Bu isə o deməkdir ki, fevralda ümumilikdə 241 dələduzluq faktı aşkar olunub.

Aşağıdakı linkə daxil olaraq, bu haqda daha ətraflı məlumat ala bilərsiniz:

 

**

P.S. Bir daha qeyd edək ki, təqdim etdiyimiz göstəricilər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların rəsmi statistik rəqəmlərdən 5-7 dəfə çox olduğunu da nəzərə alsaq, ölkədə dələduzluq hallarının ciddi problemə çevrildiyini deyə bilərik.

Stopnarkotik.az