SON 1 AYDA 309 DƏLƏDUZLUQ FAKTI! – Ölkəmizdə dələduzluq halları sürətlə artır / STATİSTİKA, CƏDVƏL

Azərbaycanda dələduzluğun ümumi mənzərəsi ilə bağlı Stopnarkotik.az saytında 2024-cü ilin sentyabr ayından etibarən hər ay məlumat verməkdəyik. Son ayların statistik göstəricilərinə əsasən deyə bilərik ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil, əksinə, ölkəmizdə dələduzluq halları sürətlə artmaqdadır. Hətta təkcə son bir neçə ayda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən açıqlanan rəsmi informasiyalara istinadən bu qənaətə gəlmək mümkündür ki, bu sahədə SOS siqnalı verməyin zamanıdır. Əks təqdirdə, vəziyyət günbəgün daha acınacaqlı duruma gəlib çata bilər.

**

Stopnarkotik.az-ın araşdırmasına əsasən, Azərbaycanda ötən ilin sentyabrında 127, oktyabrda 148, noyabrda 238, ilin son ayında – dekabrda 217, 2025-ci ilin ilk ayında - yanvarda 141, fevralda isə ümumilikdə 241 dələduzluq faktı aşkar olunub.

**

Mart ayının ümumi statistik göstəricilərinə gəldikdə isə, təəssüf ki, ötən ay dələduzluq hallarının fevrala nisbətən 2 dəfədən çox artdığı müşahidə olunur. Yəni DİN-in rəsmi açıqlamalarına istinadən deyə bilərik ki, martda ölkəmizdə 309 dələduzluq faktı aşkarlanıb.

Aşağıdakı linkə daxil olaraq, bu haqda daha ətraflı məlumat ala bilərsiniz:

 

**

P.S. Bir daha qeyd edək ki, təqdim etdiyimiz göstəricilər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların rəsmi statistik rəqəmlərdən 5-7 dəfə çox olduğunu da nəzərə alsaq, ölkədə dələduzluq hallarının ciddi problemə çevrildiyini deyə bilərik.

Stopnarkotik.az