Bakının Nəsimi rayonu və Sumqayıt şəhərində 3 nəfərə qarşı dələduzluq edilməsi barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 54 yaşlı S.Təhməzov, 48 yaşlı A.Ramazanova və 32 yaşlı C.Cavadov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Nəsimi rayonu ərazisində ahıl yaşlı bir qadının etibarından sui-istifadə edərək onun kartından 70 manat oğurlayan 32 yaşlı İ.Abdullayev də saxlanılıb.
Araşdırmalar aparılır.
Polis əməkdaşlarının martın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib.