İstirahət məqsədilə narkotik istifadəsi insult riskini əhəmiyyətli dərəcədə artırır. Bu xüsusilə stimullaşdırıcı narkotiklərlə bağlı yaşanan haldır.
Stopnarkotik.az xəbər verir ki, araşdırmanı Kembric universitetinin elm adamları aparıb və bu açıqlama Böyük Britaniyanın "The Quardian" qəzetində yer alıb.
Alimlər 100 milyondan çox insanın məlumatlarını təhlil edərək müəyyən ediblər ki, amfetamin istifadəçilərinin insult riskinin bu maddələri istifadə etməyənlərlə müqayisədə 122% çoxdur, kokain istifadəçilərinin insult olmaq şansı 96%, kannabis istifadəçilərinin isə 37% daha yüksək olur.
55 yaşdan cavan insanlar üçün vəziyyət daha çox ciddidir. 55 yaşdan kiçik cavan insanlarda amfetamin istifadəsi insult riskini təxminən üç dəfə - 174% artırır. Kokain yenə də bu qrup insanlarda insult riski təxminən iki dəfə artırır, kannabis isə kiçik, lakin statistik cəhətdən əhəmiyyətli artım - təxminən 14% yaradır.
Tədqiqatçılar standart statistik təhlildən kənara çıxaraq, Mendelin təsadüfi metodunu tətbiq etdilər. Onlar asılılığa genetik meylliliyin insult ehtimalına təsir edib-etmədiyini araşdırıblar. Məlum olub ki, kokain istifadəsinə genetik meyl qanaxma və kardioembolik insult riskinin artması ilə bağlıdır, başqa sözlə ürəkdən gələn qan laxtası beyinə keçdikdə insult baş verir.
Bu səbəb-nəticə mexanizmi yetərli qədər aydındır. Kokain və amfetamin istifadəsi qan təzyiqini kəskin artırır, qan damarlarını daraldır və aterosklerozun inkişafını sürətləndirir. Bütün bunlar həm qanaxma, həm də damar tıxanması ehtimalını artırır. Kannabis də həmçinin qan damarlarını daralda bilər və müəlliflərin fikrincə, qanda laxtalar əmələ gətirmə meylini artıra bilər. Digər amillərlə bir araya gəldikdə bu insult riskini artıra bilər.
Araşdırma müəllifləri vurğulayırlar ki, bu, qarşısı alına bilən risk faktorudur. Onlar hesab edirlər ki, kokain, amfetaminlər və kannabis ilə insult arasındakı əlaqə haqqında məlumatlar, xüsusən də adətən insultu gənc yaşlarında problem hesab etməyən gənclər-cavanlar üçün, narkotiklərin təhlükələri haqqında ictimai və tibbi mesajlarda daha tez-tez yer almalıdır.
İnsult beyindəki qan damarlarının tıxanması və ya partlaması zamanı baş verir. Bu zaman beyin hüceyrələrinə qan tədarükü pozulur və onların ölür. İnsult dünyada ölüm və əlilliyin üçüncü əsas səbəbidir və hər il 7 milyondan çox insanın ölümünə səbəb olur. Milyonlarla insan iflicdən nitq və koqnitiv pozğunluqla daim əlillik qazanır.
Daha dərindən araşdırmaq üçün tədqiqatçılar narkotiklərin daha yüksək insult riskinin ehtimal olunan səbəbi olub-olmadığını görmək üçün daha çox təhlil apardılar. Onlar genetik olaraq narkotik pozğunluğuna meylli olan insanların insult keçirmə ehtimalının daha yüksək olub-olmadığını araşdırdılar və bunun belə olduğunu aşkar etdilər. Bu tapıntı, narkotik istifadəçilərinin digər səbəblərdən daha çox risk altında olmasından daha çox, insult və digər xəstəliklərdə narkotiklərin günahkar olduğuna dair şübhələri gücləndirdi. Təfərrüatlar “International Journal of Stroke” nəşrində dərc olunub.
Narkotiklər insult riskini bir neçə yolla artırır. Amfetaminlər və kokain qan təzyiqini yüksəltməklə yanaşı, beyində qan damarlarını da daralda bilir və bu da istifadəçilərin beyində həm qanaxma, həm də tıxanma riskinin daha yüksək olmasının səbəbini izah edə bilər. Kokain həmçinin aterosklerozu sürətləndirir, burada xolesterol, yağ və digər maddələr arteriyalarda toplanır və onların sərtləşməsinə, daralmasına səbəb olur. Kannabis də qan damarlarını daraldır və qan laxtalarını əmələ gətirməklə problemi daha da ağırlaşdıra bilir.
Bu məlumatlar narahatlıq doğurur, çünki son on ildə istirahət məqsədli narkotik istifadəsi qlobal səviyyədə artıb. BMT-nin məlumatına görə, hazırda təxminən 300 milyon insan müntəzəm olaraq qeyri-leqal narkotik qəbul edir. Bu 300 milyon insandan təxminən 228 milyonu kannabis, 30 milyonu amfetamin və 23 milyonu kokain istifadə edir.
“İnsult Assosiasiyası”nın baş icraçı direktoru Cülyet Buveri bildirir ki, “bu maddələr insanın ürək-damar sistemini böyük miqdarda stressə salır ki, bu da qan laxtalanmasının artmasına, qan damarlarının daralmasına və qan dövranı sisteminin zədələnməsinə səbəb ola bilər - bütün bunlar insultla nəticələnə bilər. Kokainin müntəzəm istifadəsi həmçinin yüksək qan təzyiqinə səbəb ola bilər ki, bu da bütün insultların təxminən yarısının səbəbidir. Hər yaşdan bir çox insan insult keçirir və bu da hər gün 240 nəfərin əlilliyinə səbəb olur - lakin 10 insultdan 9-unun qarşısı alına bilər. İnsanlara sağlam həyat tərzi sürmək və insult riskini azaltmaq üçün rəngarəng pəhriz saxlamaq, çoxlu spirtli içki qəbul etməmək, müntəzəm idman etmək və siqaret çəkməmək, veyp çəkməmək və narkotik qəbul etməmək kimi sadə addımları izləməyi tövsiyə edirik”.
Stopnarkotik.az