Bakıda güclü yanğın BAŞLAYIB - Hadisə yerindən GÖRÜNTÜLƏR / FOTO

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar Post-Patrul Xidməti (PPX) və yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib.

Görülən zəruri və operativ tədbirlər nəticəsində ərazidəki yollarda nəqliyyat vasitələrinin hərəkətində hər hansı məhdudiyyət yoxdur, nəqliyyatın fasiləsiz gediş-gəlişi təmin edilib.

*** 21:27

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə edilməsi, ərazinin mühafizə olunması, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Eyni zamanda, polis əməkdaşları tərəfindən avtomobil yolunda yarana biləcək sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi istiqamətində zəruri işlər davam etdirilir.

*** 21:09

Paytaxtın Binəqədi rayonunda mebel sexində güclü yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

**

**

**