Ölkəmizdə narkotiklə əlaqədar saxlanılanların sayı sürətlə artır – STATİSTİKA / CƏDVƏL

Stopnarkotik.az-ın xəbər verdiyi kimi, 2024-cü ilin son aylarında, xüsusilə də sentyabr, oktyabr, noyabr və dekabrda narkotiklə əlaqədar Azərbaycanda saxlanılan şəxslərin sayı azalan xətt üzrə getməkdəydi.

Hansı ki, sentyabrda narkoticarətlə məşğul olan 502 nəfərin qoluna qandal vurulmuşdusa, oktyabrda saxlanılanların sayı 389, noyabrda 254, dekabrda isə 287 nəfərə çatmışdı. Lakin 2025-ci ilin yanvar və fevral aylarında, gözlənilənlərin əksinə olaraq, narkotiklə əlaqədar saxlanılan şəxslərin sayında təxminən 3 dəfə artım oldu. Yəni DİN-in gündəlik açıqladığı rəsmi məlumatlara əsasən, 2025-ci ilin ilk ayında – yanvarda ölkəmizdə narkoticarətlə məşğul olan 728 nəfərin, fevralda isə 745 nəfərin qoluna qandal vurulub. Bu da son 6 ayın ən yüksək göstəricisi hesab olunur.

**

Təəssüflə qeyd edirik ki, növbəti ayda – martda da bu artım özünü ciddi şəkildə göstərib. Stopnarkotik.az saytının araşdırmasına əsasən, DİN-in narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində ötən ay saxlanılan şəxslərin sayı 768 nəfərə çatıb. Bu da fevrala nisbətən 23 nəfər artım deməkdir.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

 

**

Sonda isə bir daha qeyd edək ki, ölkəmizdə narkoticarət dövriyyəsinin azalması birbaşa qaçaqmalçılıq yolu ilə daxil olan narkotik vasitələrin həcmi ilə bağlıdır. İlk baxışdan belə düşünmək olar ki, daxil olan narkotikin “həcmi azaldığından”, daxili bazarda da “alver zəifləyib”. Lakin, təəssüf ki, son 3 ayın statistik göstəriciləri tamamilə fərqli mənzərəni ortaya qoyur.

Stopnarkotik.az

P.S. Dəyərli oxucularımıza xatırladaq ki, biz sadəcə DİN-in rəsmi açıqlamalarına istinadən yuxarıdakı qənaətə gəlmişik. Nəzərə alsaq ki, adətən real rəqəmlər rəsmi statistik göstəricilərdən 5-7 dəfə çox olur, deməli, ölkədə vəziyyət daha acınacaqlıdır...