NARKOTİKLƏ ƏLAQƏDAR 28 NƏFƏR SAXLANILDI - 1,7 kq narkotik ələ keçdi

Martın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 1-də və 2-də ümumi çəkisi 1,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.