Narkotiklə əlaqədar 5 nəfər saxlanıldı - ÜMUMİLİKDƏ 39 NƏFƏR...

Martın 21-də ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.