Şəmkirdə DAVA: 56 yaşlı kişi bıçaqlandı

Şəmkirdə iki nəfərin mübahisəsi qanla bitib.

Stopnarkotik.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xaliq İsmayılov bədəninin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirlib.

Yaralı dərhal əməliyyata götürülüb, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin ehtimala görə X. İsmayılıova həmkəndlisi- Qapanlı kənd sakini, 1986-cı il təvəllüdlü Namiq Hüseynov aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.