AZƏRBAYCANDA TƏKRAR CİNAYƏTKARLIQ HALLARI ARTIB – Statistika / Cədvəl

Ölkəmizdə cinayətkarlıq hallarının artması, əsasən də təkrar cinayətkarlığın günbəgün çoxalması ciddi narahatçılıq doğurur. Ən üzücü məqam isə odur ki, məktəblilər arasında cinayətkarlıq və cinayətə meyllilik də artan xətt üzrə yüksəlməkdədir.

Oxucularımıza da məlum olduğu kimi, Stopnarkotik.az saytı hər ay ölkəmizdə narkotiklə əlaqəli həbslərin statistikasını aparmaqla yanaşı, təkrar cinayətkarlıq faktlarını da diqqətdən qaçırmır. Belə ki, ay ərzində hazırladığımız hesabat xarakterli yazılarımızda rəsmi mənbələrin açıqladığı cinayət faktları ilə bağlı ətraflı məlumat verməkdəyik.

**

Əlbəttə, rəsmi məlumatlar gerçək reallığı tam olaraq əks etdirmir. Hətta ekspertlər bu rəqəmlərin 5-7 dəfə az göstərildiyini iddia edirlər. Amma bizim, sayt olaraq, ölkədə baş verən bütün cinayət, yaxud təkrar cinayətkarlıq halları haqda ümumi məlumat əldə etmək imkanımız məhdud olduğundan, sadəcə rəsmi rəqəmlərə istinad etməyə məcburuq.

**

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, 2025-ci ilin fevral ayında bu sahədə nisbətən müsbətə doğru irəliləyiş əldə olunmuşdu. Xatırladaq ki, 2024-ci ilin noyabrında ölkəmizdə ümumilikdə 38 (8-i narkotiklə, 30-u isə digər cinayətlərlə əlaqəli), dekabrda 48 (Bunun 8-i narkotiklə, 40-ı isə digər cinayətlərlə bağlı), yanvarda 62 (34-ü narkotiklə əlaqədar, 28-i isə digər cinayət faktları ilə bağlı), fevralda isə ümumilikdə 52 təkrar cinayətkarlıq faktı qeydə alınmışdı ki, bunun da 14-ü narkotiklə, 38-i isə digər cinayətlərlə əlaqədar olmuşdu.

**

Qeyd edək ki, fevralda bu sahədə müəyyən irəliləyiş əldə olunsa da, mart ayında statistik göstəricilər bir qədər də yüksəlib. Belə ki, martda ümumilikdə 65 təkrar cinayətkarlıq faktı qeydə alınıb ki, bunun da 22-i narkotiklə, 43-ü isə digər cinayətlərlə əlaqədar olub.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil olun:

 

Onu da nəzərə alsaq ki, açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktlar daha çoxdur, deməli, ölkədə təkrar cinayətkarlığın cəmiyyətimiz üçün ciddi problemə çevrildiyi şübhəsizdir.

Stopnarkotik.az